AZ

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Report"un Qərb bürosuna bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
05:00
Daşkəsən rayonunda yaşayış binasında mənzillərdən birində partlayış olub.
"Report"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.
Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
10
10
yenilik.az

10Mənbələr