AZ

Daha bir rayonun “hərbi komissarı” saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.

 

X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölmələrinin rəisi olub.

 

İş üzrə ilkin istintaq aparılır.

 

Qeyd edək ki, bundan əvvəl bir neçə indiki və sabiq “hərbi komissar” da mənimsəmə və rüşvət almaya görə həbs edilib.

Seçilən
22
49
senzor.az

10Mənbələr