AZ

Belçika Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyətini yüksək qiymətləndirir - Səfir

Bakı. Trend:

Belçika Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyətiniyüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunuBelçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Bakıda piyadaəleyhinə minaların qurbanlarına həsr olunmuş "dəyirmi masa"dadeyib.

"Belçika piyada əleyhinə minalarla mübarizə üzrə beynəlxalqsəylərin pioneridir. Biz bütün ölkələri bu problemin həlli üçünəsas beynəlxalq alətlərdən biri olan Ottava Konvensiyasınaqoşulmağa çağırırıq. Belçikada zərər çəkmiş bölgələrdə hələ dəBirinci Dünya Müharibəsi dövründən qalan partlamamış hərbisursatlar tapılır. Bu, qısamüddətli bir problem deyil, onilliklərboyu bizimlə qalır", - o bildirib.

Səfir qeyd edib ki, Belçika piyada əleyhinə minalarla mübarizədəAzərbaycan Minatəmizləmə Agentliyini dəstəkləyir və bu probleməqarşı mübarizədə Azərbaycanda çalışan Belçikanın APOPO təşkilatınınsəyləri ilə fəxr edir.

"Sonda demək istəyirəm ki, Avropa İttifaqı bu problemin həlliüçün maliyyə yardımı və texniki dəstək göstərmək öhdəliyinigötürüb. Buna görə də mən yenidən Belçikanın bu məsələdə tamdəstəyini ifadə edirəm", - Julyen de Frepon əlavə edib.

Qeyd edək ki, "Minalara Qarşı Azərbaycan Kampaniyası" İctimaiBirliyinin təşkilatçılığı ilə "dəyirmi masa" keçirilir. Tədbirdəmina əleyhinə fəaliyyət göstərən və mina qurbanlarına kömək edənqurumların nümayəndələri, o cümlədən, Minatəmizləmə Agentliyininnümayəndələri, Milli Məclisin üzvləri çıxış edirlər. Tədbirdə əməkvə Sosial Müdafiə Nazirliyinin, "YAŞAT" Fondunun, OmbudsmanAparatının nümayəndələri, minalardan zərər çəkmiş şəxslər, QHTnümayəndələri də iştirak edirlər.

Seçilən
29
az.trend.az

1Mənbələr