AZ

Filippində "Trami" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Filippində "Trami" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə "GMA News" məlumat yayıb.

Yerli polis bildirib ki, ölənlərin hamısı leysan yağışların güclü daşqınlara səbəb olduğu Luzonun cənubundakı Bikol bölgəsinin sakinləridir.

Filippinin Milli Meteorologiya Bürosu qasırğanın episentrində küləyin sürətinin 85 km/saata çatdığını bildirib. Qeyd edilib ki, bir neçə on minlərlə insan həyatları təhlükəsi səbəbindən evlərindən təxliyə edilib.

Seçilən
20
1
aznews.az

2Mənbələr