AZ

"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva

"Atam hazırda, anlaqlı vəziyyətdədir. Sadəcə nitqində problem yaranıb".

Qaynarinfo xəbər verir ki, bunu tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva atasının səhhətindən danışarkən deyib. 

O, atası ilə bağlı mətbuatda səhv məlumatın yayıldığını bildirib:

"Atam insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm həssas yanaşaq bu məsələdə".

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayev 3-cü dəfə insult keçirib. O, hazırda Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Seçilən
17
4
ucnoqta.az

5Mənbələr