AZ

Daşkəsəndə QAZ PARTLADI: xəsarət alan var - YENİLƏNİB

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb. 

News365.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib. 

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. 

*** 

Daşkəsəndə mənzildə qaz partlayıb. 

News365.az-ın məlumatına görə, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. 

Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.  Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
13
news365.az

10Mənbələr