"Atam dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm bu məsələyə həssas yanaşılsın".
Publika.az musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva sosial şəbəkədə yazıb.
Vəkilin qızı qeyd edib ki, Əsabəli Mustafayev hazırda anlaqlı vəziyyətdədir.
"Sadəcə nitqində problem yaranıb", - deyə Təhminə Mustafayeva qeyd edib.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə və mətbuatda tanınmış vəkil Əsabəli Mustafayevin komaya düşdüyü barədə məlumat yayılıb.