AZ

Qalmaqallı "Avroviziya-2024"-dən sonra müsabiqə təşkilatçıları yeni qaydalar tətbiq edəcək

"İştirakçılara ayrıca məkan ayrılacaq və oraya jurnalistlərin girişi qadağan ediləcək..."
 
Növbəti "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində yeni qaydalar üzrə keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə müsabiqənin rəhbəri Bakel Valden məlumat verib. Məlumatı "tsn.ua" nəşri yayıb.
 
Şounun təşkilatçıları 2024-cü ildə musiqi yarışmasının keçirildiyi İsveçin Malma şəhərində ciddi qalmaqallardan sonra bu dəyişiklərə qərar verib.
 
2025-ci ildə "Avroviziya" iştirakçılarına ayrıca məkan ayırlacaq, orada onlar tənha bir yerə çəkiləcək və oraya jurnalistlərin girişi qadağan ediləcək.
 
Ehtimal ki, belə yenilik Niderlanddan olan iştirakçı Yost Klyaynla bağlı qalmaqalla əlaqədardır.  Musiqiçi "yaşıl otağa" yollanaraq jurnalistlərlə dalaşıb. 
 
Müsabiqə iştirakçısı onu lentə almamağı xahiş edib, lakin onun bu xahişinə məhəl qoyulmayıb, bu səbəbdən də onlara əl qaldırıb. Nəhayət, Klyayn diskvalifikasiya edilib.
 
Digər yenilik siyasizləşdirməyə aiddir. Müsabiqə təşkilatçıları iştirakçılar üçün davranış kodeksi tətbiq edəcək, bu da səhnədə çıxış zamanı siyasi neytrallıq tələb edəcək.
 
Valdenin sözlərinə görə, bu, müsabiqənin bütün iştirakçılarının özlərini təhlükəsizlik şəraitində hiss etməsi, nümayəndə heyətləri arasında münaqişələrin baş verməməsi üçün zəruridir.
 
Yeri gəlmişkən, ötən il bəzi iştirakçıları səhnədə geyim, makiyaj və ya surət elementləri vasitəsilə Fələstinlə öz həmrəyliyini nümayiş etdirməyə cəhd göstərib. Dəvət edilən qonaq isə səhnəyə hicabda çıxıb. 
 
Bununla yanaşı Malmada İsrailin "Avroviziya" mahnı müsabiqəsində iştirakının əleyhinə geniş etirazlar keçirilib. Nəticədə İsraildən olan iştirakçıya mühafizə ilə hərəkət etmək və zərurət olmadıqda mehmanxananı tərk etməmək lazım gəlib.
 
Xatırladaq ki, "Avroviziya-2025" müsabiqəsində Ukrayna nümayəndələrindən biri Jerry Heil "Avroviziya-2023" müsabiqəsinin qalibi Nemo ilə dostlaşıb. Üstəlik, müğənni hətta artistlərin klipində çəkilib.
Seçilən
23
moderator.az

1Mənbələr