“Anadolu Agentliyi”nin (AA) əldə etdiyi hava görüntülərində təşkilat üzvlərinin kürəklə fermanın bağçasında çuxur qazdığı görünür. Çuxurun qazıldığı əraziyə kran və nərdivan gətirildiyi görüntülərdə əks olunub.

İndex.az xəbər verir ki, Təşkilat üzvləri qəbri qazarkən mətbuat mənsublarının havadan fotoşəkil çəkməsinin qarşısını almaq üçün əraziyə qara brezent örtüblər. Çuxurun ətrafında sarı zolaq çəkilib.

Çuxurun qazıldığı ərazinin yanında taxta platformanın tikildiyi də müşahidə olunub. Brezent altında qazıntı aparılarkən 10-dan çox təşkilat üzvü işləri izləyib.

Günün əvvəlində təşkilat üzvlərinin cəsədin basdırılacağı ehtimal edilən əraziyə başqa bir mavi brezent çəkdiyi görülüb. Bu brezentdən cənazə basdırılarkən şəkillərin çəkilməməsi üçün istifadə ediləcəyi təxmin edilir.

Təşkilatın qərargahı olaraq istifadə edilən fermadan əldə edilən hava görüntülərində düşərgədə çoxlu avtomobil olduğu və vasitələrin yol kənarlarında saxlanmağa başladığı görünür. Qəbir üçün qazılması nəzərdə tutulan çuxurda xeyli adamın işlədiyi linzalarda öz əksini tapıb, düşərgənin ətrafında gəzənlərin sayı artıb.

Təşkilatın bəzi üzvləri sosial şəbəkələrdə lider Gülənin Pensilvaniyadakı qərargah binasında məhdud sayda təşkilat üzvlərinin iştirakı ilə dəfn ediləcəyini yazıb.