AZ

Fətullah Gülənin qəbri niyə gizlədilir?

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin dəfn edilməsi üçün hazırlıqlar davam edir. 

News365.az-ın “Anadolu”ya istinadla xəbərinə görə, təşkilatın ABŞ-nin Pensilvaniya ştatında qərargahı olaraq istifadə edilən fermanın bağçasında qazılan çuxurun ətrafına sarı zolaq və brezent qoyulub.  Agentliyin əldə etdiyi hava görüntülərində təşkilat üzvlərinin kürəklə fermanın bağçasında çuxur qazdığı görünür. Çuxurun qazıldığı əraziyə kran və nərdivan gətirildiyi görüntülərdə əks olunub. Təşkilat üzvləri qəbri qazarkən mətbuat mənsublarının havadan fotoşəkil çəkməsinin qarşısını almaq üçün əraziyə qara brezent örtüblər. 

Çuxurun qazıldığı ərazinin yanında taxta platformanın tikildiyi də müşahidə olunub. Brezent altında qazıntı aparılarkən 10-dan çox təşkilat üzvü işləri izləyib. 

Günün əvvəlində təşkilat üzvlərinin cəsədin basdırılacağı ehtimal edilən əraziyə başqa bir mavi brezent çəkdiyi görülüb. Bu brezentdən cənazə basdırılarkən şəkillərin çəkilməməsi üçün istifadə ediləcəyi təxmin edilir.

Seçilən
4
2
news365.az

3Mənbələr