AZ

"Bank BTB" əmanət kampaniyasına start verir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bank BTB" noyabr ayında müştərilərə yüksəkgəlirli "Əmanət kampaniyası"nı təqdim edir.
Yeni kampaniya şərtlərinə əsasən siz manat vəsaitlərini 12 aydan 24 ayadək "Bank BTB"yə etibar edə bilərsiniz. Faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcəkdir. Vəsaiti 12-17 ayadək yerləşdirdikdə aylıq 11%, müddətin sonunda 11.5%, vəsaiti 18-24 ayadək yerləşdirdikdə aylıq 11.5%, müddətin sonunda isə 12% gəlir əldə edəcəksiniz.
Qeyd edək ki, "Bank BTB"də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 24 oktyabr 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.
№Bank BTB" 2024-cü ilin üçüncü rüb göstəricilərinə əsasən 150 milyondan çox depozit portfelinə sahibdir. Bu, müştərilərimizin banka olan etimadının göstəricisidir.
"Bank BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsi ilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan "Facebook" və "Instagram" səhifələrinə, eləcə də 055 3000 946 "WhatsApp" nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Seçilən
16
23
oxu.az

10Mənbələr