AZ

Azərbaycan Ermənistan ərazisindən uçuşlar üçün ödənişlərin məbləğini artırıb

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronavigation” şirkətinə 133 min 760 avro ödəyib. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib.

Bildirilir ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avrodan çox olub. Bütün bu ödənişlər müəyyən edilmiş qaydada Eurocontrol (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib. 

Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.

ElcanMissiya.Az

Seçilən
9
15
missiya.az

10Mənbələr