AZ

Ostin Qalantla Livandakı hərbi əməliyyatları və Qəzzada vəziyyəti müzakirə edib

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı aparıb...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayder bildirib.

Mtbuat katibinin sözlərinə görə, Ostin İsrailin müdafiəsi məsələlərində Amerika hakimiyyətinin sarsılmaz dəstəyini təsdiqləyib. Nümunə kimi o, İsraili qorumaq üçün THAAD raketdən müdafiə sisteminin bu yaxınlarda İsraildə yerləşdirilməsini göstərib.

Pentaqon rəhbəri humanitar yardımın Erez keçidindən daşınmasını təsdiqləyib və Qəzzada humanitar vəziyyətlə bağlı problemlərin tezliklə həllinə çağırıb. Ostin həmçinin Livan silahlı qüvvələrinə qarşı zərbələrdən narahatlığını ifadə edib və həm Livan əsgərlərinin, həm də BMT sülhməramlılarının qorunmasının vacibliyini vurğulayıb.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr