AZ

Çempionlar Liqası: "Liverpul", "Lill" və "İnter"dən qələbə, "Mançester Siti"dən darmadağın

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun ikinci günündə 9 matç baş tutub.
"RB Leypziq" doğma meydanında İngiltərənin "Liverpul" komandası ilə qarşılaşıb. Görüşdə "Liverpul" 1:0 hesabı ilə qalib gəlib.
28-ci dəqiqədə "Liverpul"un hücumçusu Darvin Nunyes fərqlənib.
"Atletiko" doğma meydanda "Lill"ə uduzub - 1:3.
Madrid klubunun hücumçusu Xulian Alvares 8-ci dəqiqədə hesabı açıb, fasilədən sonra qonaqlar Edon Jeqrov və dubla imza atan Jonatan Davidin qolları ilə cavab veriblər.
"Mançester Siti" ev oyununda "Sparta Praqa"nı darmadağın edib - 5:0. Hücumçu Erlin Holand dubl edib.
"İnter" isə "Yanq Boyz"dan üstün olub - 1:0.
Matçın 48-ci dəqiqəsində Marko Arnautoviç penaltini qola çevirə bilməyib. Əlavə olunmuş vaxtda Markus Türam qol vurub və bu, Milan klubuna qələbə qazandırıb.
Qeyd edək ki, IV turun matçları noyabrın 5-6-da baş tutacaq.
Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
20:45. "Atalanta" - "Seltik" - 0:0
20:45. "Brest" - "Bayer" - 1:1
23:00. "Atletiko" - "Lill" - 1:3
23:00. "Barselona" - "Bavariya" - 4:1
23:00. "Benfika" - "Feyenord" - 1:3
23:00. "Mançester Siti" - "Sparta" - 5:0
23:00. "Leypsiq" - "Liverpul" - 0:1
23:00. "Zalsburq" - "Dinamo" Z - 0:2
23:00. "Yanq Boyz" - "İnter" - 0:1
Seçilən
16
10
oxu.az

10Mənbələr