Cədvəlin “Bankın emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar” hissəsində kart əsaslı və kart əsaslı olmayan elektron pul vasitəsilə aparılan ölkədaxili və ölkəxarici əməliyyatlar təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Ümumi əməliyyatlar” hissəsində bankın emissiya etdiyi elektron pullar ilə həm banka, həm də digər ödəniş xidməti təchizatçılarına məxsus ödəniş xidməti şəbəkəsi üzrə aparılan əməliyyatlar əks etdirilir.