AZ

Kazan sammitində Putinə BRICS-in simvolik əskinası hədiyyə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammiti zamanı Rusiya prezidenti Vladimir Putinə birliyin simvolik əskinası hədiyyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə rg.ru məlumat verib.
Birliyin geniş tərkibdə keçirilən iclasından sonra əskinas Rusiya liderinə nümayiş etdirilib. Qeyd olunur ki, dövlət başçısı əlində əskinasla zalı tərk edib, daha sonra gülümsəyərək onu nazirlərə göstərib. O, pul nişanını Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya verib.
Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, banknot E.Nabiullinanın xoşuna gəlməyib.
Əskinasda təşkilatın rəmzləri və üzv ölkələrin bayraqları təsvir edilib. Əskinas 100 milyon nominalda olub.
Xatırladaq ki, BRICS ilkin olaraq Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın iştirakı ilə yaradılıb, 2024-cü ilin yanvarından isə onlara Misir, İran, BƏƏ və Efiopiya qoşulub.
Seçilən
42
50
oxu.az

10Mənbələr