AZ

Məşhur aktyor çəkilişə gedərkən yolda İNFARKT KEÇİRİB ÖLDÜ

Ezel, Güz Gülleri, Abuzer Kadayıf, Acı Hayat, Boyle Bitmesin, Veda kimi serial layihələri ilə türk xalqının tanıdığı məşhur aktyor Tekin Temel 56 yaşında dünyasını dəyişib .

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatı onun meneceri təstiqləyib.

“Çox təəssüf edirəm. Aktyorum Tekin Temel bu səhər dünyasını dəyişdi. Ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm”.

Qeyd olunub ki, aktyoy səhər saatlarında serialın çəkiliş meydançasına getməyə hazırlaşarkən infarkt keçirib. Ürəyinə stent qoyulduğu məlum olan Tekin Teməlin cənazə namazı ikindi namazından sonra Ataşehir Refiye Soyak məscidində qılınacaq və məşhur aktyor son səfərinə yola salınacaq.

Məşhur aktyor Tekin Temel dünyasını dəyişib

Seçilən
11
3
infoaz.ws

4Mənbələr