AZ

Ermənistandan olan müğənni “Turanın Səsi” mahnı müsabiqəsinin qalibi olub

Qazaxıstanın Türküstan şəhərində keçirilən beynəlxalq qazax mahnıları festivalı çərçivəsində Ermənistanı təmsil edən Suzanna Melkonyan “Turanın səsi – Voice of Turan” beynəlxalq musiqi müsabiqəsinin qalibi olub.

Azpost.info bildirir ki, bu barədə müğənni İnstaqramda məlumat verib.

Festivalın təşkilatçıları məqsədin qazax müəlliflərinin əsərlərinin populyarlaşdırılması və “müqəddəs Türküstanın türk dünyasının mənəvi paytaxtı kimi təbliği” olduğunu deyiblər. Müsabiqə iştirakçıları qazax artistləri ilə duet oxuyub, daha sonra qazax mahnısı ifa ediblər. Festivala Gürcüstan, Azərbaycan, Türkiyə, İndoneziya, İspaniya, Kuba, Venesuela, Qırğızıstan, Özbəkistan, Rusiya, Belarus, Kipr, Bolqarıstan və Kosovodan da nümayəndələr qatılıb.

Qeyd edək ki, oktyabrın 15-16-da Qazaxıstanda Ermənistan Mədəniyyəti Günləri keçirilib.

 

Seçilən
29
azpost.info

1Mənbələr