Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Partlayışın səbəbləri hələ məlum deyil.
“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.
O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.