1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bir neçə gün öncə Rusiyanın Nijni Novqorod şəhərində tikintidə çalışan azərbaycanlı fəhlənin 17-ci mərtəbədən yıxılıb ölüb.
Həmin şəxsin kimliyi məlum olub.
Bizim.media-ya daxil olan məlumata görə, ölən şəxs Zaqatala rayonu Yeni Suvagil kənd sakini, 49 yaşlı Faiq Mirzəyev olub.
Eyni şəhərdə Zaqataladan olan daha bir şəxs - Dağlı kənd sakini 23 yaşlı Məhəmməd Rövşən oğlu Məmmədov da fəhlə işlədiyi binanın 25-ci mərtəbəsindən yıxılaraq ölüb.
Xatırladaq ki, həmin xəbərdə hadisənin Kanavin rayonunun Çonqarskaya küçəsində tikintisi aparılan "Jurovada" yaşayış kompleksində baş verdiyi və inşaat rəhbərinin insidenti gizlətdiyi qeyd edilmişdi.