AZ

Ermənilərdən " Turanın səsi"nin qalibi Suzannaya qəzəbləndi: "Erməni xalqı heç vaxt..."

Hazırda sosial şəbəkələrin erməni seqmentində ermənilər nə qədər qəzəblidirsə, azərbaycanlılar da o qədər təssüflənirlər.

Adalet.az
xəbər verir ki, artıq beşinci dəfədir keçirilən “Turanın səsi” beynəlxalq müsabiqəsinin nəticəsi hər iki seqmentdə təəssüflə qarşılanıb. Beləki bu il Qazaxıstanın Türküstan şəhərində keçirilən “Turanın səsi” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ermənistan təmsilçisi Suzanna Melkonyan olub. Düzdür, erməni mediası hadisəni geniş paylaşsa da, müğənni paylaşımında “Ermənistan “Turanın səsi” beynəlxalq müsabiqəsinin qalibi oldu. Təşəkkür edirəm, Tanrı” yazsa da, Ermənistan vətəndaşları bu qalibiyyəti o qədərdə sevinclə qarşılamırlar.
Onların düşüncəsinə görə, Turan sözünün özü elə ermənilərin məhvi deməkdir. Məsələn , erməni hərbi ekspert Artur Yegiazaryanöz sosial şəbəkə hesabında belə bir paylaşım edib: “TURANIN Səsi ... TURANIN Səsi...Erməni xalqı heç vaxt bu qədər şən, oxuyub-oynayıb məhv olmamışdı”.

Qeyd edək ki, Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu ideologiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib.
İndi TURAN adını daşıyan beynəlxalq mahnı müsabiqəsində erməninin – Ermənistanın qalib gəlməsi bütün azərbaycanlıları təəssüfləndirməyə bilməzdi. O erməni ki, mənsub olduğu xalq da, dövlətdə hər zaman türklərə qarşı soyqırım edib. Ermənilərin törətdiyi soyqırımlar TURANI quracaq olan əsas ölkələrdən Türkiyədə də, Qazaxıstanda da, Azərbaycanda da baş verib.

 Əntiqə Rəşid

Seçilən
22
adalet.az

1Mənbələr