AZ

“İran, İraq və Türkiyədəki kürdlərə nəzarət etmək istəyirlər” - Nurəttin Kalkan

Yazını böyüt
Yazını kiçilt

MHP sədri Dövlət Baxçalının DEM Partiyası qrupu ilə əl sıxması ilə başlayan və qrup toplantısındakı sözləri ilə davam edən həll prosesinə dair müzakirələr davam edir: “Terrorçu liderin təcridi aradan qaldırılarsa, gəlib DEM Partiyasının Böyük Millət Məclisindəki qrup toplantısında danışsın”.

Hafta.az-ın yazdığına görə, Baxçalının sözləri millətçi qanaddan reaksiya görsə də, prezident Rəcəb Tayyib Ərdoğan “Ümid edirik ki, Xalq Birliyinin açdığı tarixi fürsət pəncərəsi şəxsi hesablamalara qurban verilməyəcək” deyib.

DEM Partiyasının həmsədri Tülay Hatimoğulları “Müxalif DEM Partiyasıdır” deyərək, “Təcrid mütləq aradan qaldırılmalıdır. Qoy Öcalan çıxıb danışsın və nə danışdığınıza birlikdə qulaq asaq” deyib. CHP sədri Özgür Özəl isə HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşı ziyarət edib. O, həmçinin ölkənin şərqi və cənub-şərqi vilayətlərinə 6 günlük xüsusi səfərə gedəcək. Bəs bütün bu inkişafları necə qiymətləndirmək lazımdır?

Azadlıq Araşdırmaları Dərnəyi (ÖAD) araşdırmaçısı, politoloq Dr. Nurəttin Kalkan bu sualları cavablandırıb. Kalkan çıxışına hələ adı çəkilməyən bu prosesin daha əvvəl yaşanan prosesdən fərqli olduğunu ifadə edərək başlayıb.

“Əvvəlki prosesdə siyasi aktyorlar arasında fikir birliyi yox idi. AKP ilə HDP arasında həyata keçirilən proses olub. Ancaq indi DEM, CXP, MHP və AKP var. Burada siyasi konsensus daha güclüdür”, - Kalkan deyib.

Mövcud prosesin daxili siyasətdən kənara çıxdığını bildirən Kalkan, Yaxın Şərqdəki hadisələrə diqqət çəkərək, “İsrail Yəhya Sinvar, Haniyə və Nəsrullahı öldürdü. İran prezidenti vəfat edib. İsrail çarəsizdir və yeni tənlik yaratmaq istəyir. O, bu məsələdə qərarlıdır. Bunun arxasında Qərb dünyası dayanır. İran rejimi yıxılsa, bölgədə kürdlərin dövlətçilik iddiası üç yerə daşınacaq. Biri Suriya, biri İraq, digəri isə Türkiyədəki kürdlər. Məqsəd Öcalan vasitəsilə Yaxın Şərqdəki kürdlərə nəzarət etməkdir” deyə xəbərdarlıq edib.

Bölgədəki inkişaflara toxunan Kalkan bildirib ki, bu prosesdə təşəbbüsü Dövlət Baxçalı götürüb. Lakin prosesi həyata keçirərkən Türkiyədəki türk toplumunun şərəf və ləyaqətinə xələl gətirməmək lazımdır. Siyasi aktyorlar özlərini kütlələrə izah etməlidirlər.

Prosesə qarşı ictimai müqavimətin olacağını ifadə edən Kalkan, “Bu müqavimətin çörəyini siyasi mənada kimin yeyəcəyi baxımından da rəqabət var. İYİ Partiya ilə Zəfər Partiyası yarışacaq. Digər tərəfdən, oktyabrın 28-də Yavuz Ağıralioğlu da bu topa qoşulacaq. O, həm də bu anti-həll prosesi diskursundan siyasi bəhrələnməyə çalışacaq” deyib.

Seçilən
21
hafta.az

1Mənbələr