AZ

"... şərtilə Öcalan həbsdən azad oluna bilər" Dövlət Baxçalı

Dünən Millətçi Hərəkat Partiyasının  Sədri Türk Böyük Millət Məclisində qəribə təkliflə çıxış edib. Partiya sədri  parlamentə  təşkilatı ləğv etməyi və terrordan rəsmi şəkildə imtina etməyi şərtilə PKK terror təşkilatının lideri Abdullah Öcalanı vaxtından əvvəl şərti azadlığa buraxmağı təklif edib.

Xatırladaq ki, Abdullah Öcalanın qurucusu olduğu PKK 1984-cü ildən bu günə qədər Türkiyədə yüzlərlə terror aksiyası törəfib, onminlərlə türk vətəndaşı və əsgərini qətlə yetirib.

Siyasi ekspertlər MHP Sədrinin bu təklifini AKP-MHP koalisiyasının konstitusiya dəyişiklikləri üçün DEM partiyasının dəstəyinə ehtiyac olmağı ilə əlaqələndirir.

EDnews

Seçilən
22
ednews.net

1Mənbələr