AZ

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşdü

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Seçilən
10
49
publika.az

10Mənbələr