AZ

Gəncənin və iki rayonun prokuroru dəyişdi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.

***

Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiq edib.

Fotoda Azad Qarayev

Fotoda Rauf Gözəlov

Fotoda Rövşən Əliyev

Seçilən
7
38
hurriyyet.az

10Mənbələr