AZ

Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir

Bakıda “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.

Konfrans “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr olunub.

Konfransda assosiasiyanın Müşahidə Şurasının sədri Cəlal Əliyev, icraçı direktoru Jalə Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev, Asiya İnkişaf Bankının ölkə direktoru Sunniya Durrani-Camal, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev, Polşa Mikromaliyyə Mərkəzinin Müşahidə Şurasının sədri Arçil Bakuradze iştirak edirlər.

Tədbirdə “Mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübə”, “Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar”, “Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları”, “Mikromaliyyədə risklərin idarəetməsi” və “Maliyyəyə çıxış imkanları: İnvestorların rolu və maliyyə inklüzivliyinin landşaftı” mövzularına həsr olunan panel-müzakirələr keçiriləcək. Müzakirələrin məqsədi Azərbaycanda mikromaliyyənin mövcud vəziyyətini araşdırmaq və onu qlobal tendensiyalarla müqayisə etmək, həmçinin rəqəmsal texnologiyaların mikromaliyyə əməliyyatlarına inteqrasiyasını və rəqəmsal mikromaliyyə landşaftında məlumat təhlükəsizliyini təmin etmək, riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün həlli yolları müəyyən etmək və maliyyə inklüzivliyinin formalaşmasına töhfə verməkdir.

Seçilən
12
17
vergiler.az

10Mənbələr