AZ

Bakıda Rus Dram Teatrının 85 yaşlı aktyoru arvadı ilə birgə öldürülüb - Qatil qandallanıb

Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Xatırladaq ki, İosif Tkaç Zusyeviç Bakıda Rus Dram Teatrının aktyorudur. 

Seçilən
17
49
mia.az

10Mənbələr