AZ

2025-ci ilin sonuna qədər Azərbaycanda BOKT-ların aktivlərinin artacağı proqnozlaşdırılır

Bakı. Trend:

2025-ci ilin sonuna qədər Azərbaycanda bank olmayan kredittəşkilatlarının (BOKT) aktivləri 2 dəfə artacaq.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) Kredit TəşkilatlarınınFəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılovBakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər”mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"2025-ci ilin sonuna qədər BOKT-ların aktivləri 2 dəfə artacaq.Məqsəd bu təşkilatların aktivlərinin bir milyard manatıkeçməsidir", - o vurğulayıb.

Onun sözlərinə görə, BOKT-ların kapitalı 482 milyon manataçatıb.

"Bu artım həmin təşkilatların mənfəət əldə etməsi və yeniiştirakçıların bazara daxil olması ilə əlaqədardır. Bundan əlavə,BOKT-ların şəbəkələri də genişlənir. Mikromaliyyələşdirməsektorunda filialların sayı 302-yə çatıb. Banklardan fərqli olaraq,BOKT-ların regionlarda genişlənməsi daha müsbət xarakter daşıyır.Sektorun əməkdaşlarının sayı 3 500 nəfərə, müştəri sayı isə 700minə çatıb", - X.İsmayılov qeyd edib.

Seçilən
18
az.trend.az

1Mənbələr