AZ

U-23 dünya çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq.

Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunacaq. Hər 3 idmançımız 1/8 finaldan xalçaya çıxacaqlar.

U-23 dünya çempionatı
Qadın güləşi
50 kq

Elnurə Məmmədova 1/8 finalda Svenya Yunqo (İsveçrə) – Umi İto (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq.

55 kq
Gültəkin Şirinovanın rəqibi qırğızıstanlı Aruuke Kadirbek Kizi olacaq.

59 kq
Gülər Məmmədova 1/8 finalda hindistanlı Anjili Anjilini sınağa çəkəcək.

Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq) isə adını finala yazdırıb.

Mundiala oktyabrın 27-də yekun vurulacaq.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr