AZ

Efirdə bunu deyib AĞLADI: "Həkim dedi ömrünə az qalıb, get hazırlaş" + FOTOLAR

Müğənni Kəmalə Qaramollayeva efirdə ağlayıb.

Parol.az xəbər verir ki, onun tamaşaçılar qarşısında göz yaşı tökməsinə səbəb iti olub. Bəli, səhv eşitmədiniz...

Müğənni oktyabrın 26-da itinin dünyasın dəyişməsinin 1 ili olacağını bildirərək, gözyaşlarını saxlaya bilməyib.

K.Qaramollayeva itə qarşı həssaslığını bu sözlərlə izah edib:

"Mən 11 il 10 ay it saxlamışam və o mənə insandan daha yaxın idi. Çox bağlanmışdım ona. Heyvan saxlayan insanlar əslində onu bilir. Onlar ailənin bir üzvü kimi olurlar.

Bilirsiniz, mənim 5 il idi övladım olmurdu. Demirəm it övladımın yerini verib, əlbbəttə ki, elə ola bilməz. Amma itim mənə təsəlli olub, o boşluğu doldurub. Və o qədər ona bağlanmışdım, elə bilirdim o heç vaxt ölməz. Amma həkimi sonuncu dəfə mənə deyəndə ki, "onlar az yaşayırlar, get hazırlaş". Yəni artıq o qocadır da".

Seçilən
17
1
titul.az

2Mənbələr