AZ

“British Council” Bakıda uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verir

“British
“British Council” 2024-cü ilin oktyabr ayından başlayaraq uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verir. 6-10 yaşlı uşaqlar üçün "Primary Plus" və 11-17 yaşlı yeniyetmələr üçün "Secondary Plus" kursları ekspert müəllimlərin keçirdiyi maraqlı və interaktiv dərslərin köməyi ilə yaradıcılıq imkanlarını genişləndirmək, sosial bacarıqları inkişaf etdirmək və ingilis dilində ünsiyyət zamanı özünəgüvəni artırmaq üçün nəzərdə tutulub.
Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən “British Council” təşkilatı Bakıda Avropa Azərbaycan Məktəbində uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verir. Bu kurslar bu oktyabrdan başlayaraq gənc tələbələrə ingilis dilini maraqlı və interaktiv üsullarla öyrənmək imkanı verəcək. “British Council” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş özəl təşkilat olan Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində "Primary Plus" (6-10 yaş) və "Secondary Plus" (11-17 yaş) ingilis dili kurslarını təklif edəcək. Bu kursların məqsədi tələbələrin qlobal dünya üçün zəruri olan ingilis dili bilikləri, yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirməkdir. “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva: "Azərbaycanda gənc tələbələrlə işə az qala on illik fasilə verilməsindən sonra Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində təlim mərkəzinin açılmasına şahid olduğuma görə çox şadam. Bu mərkəzin açılması uşaqların gələcəyinə qoyulan çox vacib investisiyadır." "Primary Plus" və "Secondary Plus" kurslarında tədris ili 17 oktyabr 2024-cü il tarixində başlayır və 28 iyun 2025-ci il tarixində sona çatır. Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün ziyarət edin: https://www.britishcouncil.az/english/children

Reklam hüququnda

Seçilən
15
2
1news.az

3Mənbələr