AZ

İraqın Türkiyədən xalça idxalı ötən ilə nisbətən xeyli artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyəndən İraqa xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 63,2 faiz artaraq, 166,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə İraqa 37,7 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 28,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.

Seçilən
8
33
turkic.world

10Mənbələr