AZ

İDDİA: Baxçalının çağırışından sonra 15 millət vəkili istefa verdi

MHP sədri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı açıqlaması: “Türkiyə Böyük Millət Məclisində DEM sıralarına girsin, silahı yerə qoyduğunu bəyan etsin, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini qışqırsın”. Çağrışdan sonra diqqətçəkən bir iddia ortaya atıldı. İYİ Partiyasının 15 üzvünün MHP-yə üzv olmaq üçün hərəkətə keçdiyi iddia edilib. Sözügedən inkişafın Baxçalının çıxışından sonra baş verdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı verdiyi açıqlamadan sonra çox danışılan iddia gündəmə gəlib. İYİ Partiyasından 15 millət vəkilinin MHP-yə keçəcəyi iddia edilib.

MHP sədri Dövlət Baxçalının partiyasının qrup toplantısındakı çıxışı gündəmə bomba kimi düşüb. Baxçalı PKK lideri Abdullah Öcalanla bağlı “Türkiyə Böyük Millət Məclisində DEM sıralarına qatılaraq silahı yerə qoyduğunu bəyan etsin, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini qışqırsın” deyib.

Baxçalının açıqlamasının əks-sədaları davam edərkən diqqətçəkən bir iddia gündəmə gəlib. Baxçalının çıxışından dərhal sonra İYİ Partiyasından 15 millət vəkilinin MHP-yə keçmək üçün hərəkətə keçdiyi iddia edilib. İstefa verəcək adların partiyanın önəmli şəxsləri olduğu bildirilib. Onlardan birinin ötən həftələrdə istefa ərizəsi verən Dursun Ataş olduğu iddia edilib. Digər tərəfdən, istefa verəcək bəzi adların AK Partiyaya üzv olmaq fikrində olduğu bildirilib.

Baxçalı qrup toplantısında bunları deyib: "Türkiyəyə gətirilərkən hər cür xidmətə hazır olduğunu deyən terrorçu terrorun bitdiyini bəyan etsin. Çağırışımı anlamayıb onu başqa istiqamətə yönəltməyə çalışanlar oldu. Türkiyə Böyük Millət Məclisində DEM sıralarına qatılaraq silahı yerə qoyduğunu, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv olunduğunu bəyan etsin". Bu hikməti göstərirsə, hüquqi tənzimləmənin yolunu açsın. Ümid haqqının istifadəsi ilə bağlı hər addımı atmaqda qərarlıyıq və əminik ki, yeni əsrin təməlində milli hədəflərə çataq."

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr