AZ

Devlet Bahçelinin çıxışından sonra 15 millət vəkili MHP-yə keçib

Bakı, TurkicWorld

Türkiyənin İYİ Partiyasının 15 üzvünün MHP-yə üzv olmaq üçün hərəkətə keçdiyi iddia edilib.

TurkicWorld xəbər verir ki, MHP sədri Devlet Bahçelinin partiyasının qrup toplantısındakı çıxışı gündəmə bomba kimi düşüb. Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı verdiyi açıqlamadan sonra,İYİ Partiyasından 15 millət vəkilinin MHP-yə keçəcəyi iddia edilib .

Baxçalı PKK lideri Abdullah Öcalanla bağlı “Türkiyə Böyük Millət Məclisində DEM sıralarına qatılaraq silahı yerə qoyduğunu bəyan etsin, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini qışqırsın” deyib.

Devlet Bahçelinin açıqlamalarından sonra İYİ Partiyasından 15 millət vəkilinin MHP-yə keçməsi ilə bağlı iddialar daha da ciddiləşib. İddialara görə, istefa verəcək millət vəkilləri arasında partiyanın tanınmış simaları yer alır. Onlardan biri, son həftələrdə istefa ərizəsi verən Dursun Ataşdır.

Eyni zamanda, bəzi İYİ Partiya üzvlərinin AK Partiyaya keçmək niyyətində olduqları da bildirilib.

Seçilən
0
1
turkic.world

2Mənbələr