AZ

ABŞ Rusiyaya daha güclü sanksiyalar tətbiq edəcək

ABŞ

ABŞ Rusiyaya qarşı yeni və güclü sanksiyalar tətbiq etməyə hazırlaşır. ABŞ maliyyə naziri Janet Yellen deyib ki, sanksiyalarla bağlıgələn həftə açıqlama veriləcək.

Reyting.az
-ın xəbərinə görə, Yellen qiymətləndirmələrini Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları çərçivəsində keçirdiyi mətbuat konfransında açıqlayıb.

Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirən Yellenin sözlərinə görə, qarşıdakı həftə ərzində Rusiyaya, o cümlədən Rusiyaya hərbi baxımdan kritik töhfə verən üçüncü ölkələrdəki vasitəçilərə qarşı “yeni və güclü sanksiyalar” elan edəcəklər.

Yellen ABŞ-nın Yaxın Şərqdəki münaqişələrə cavab olaraq əlindəki bütün vasitələrdən istifadə etdiyini və bu ayın əvvəlində İranın İsrailə hücumuna cavab olaraq bu ölkəyə təzyiqi artırmaq üçün əlavə addımlar atdıqlarını və İrana qarşı sanksiyalar tətbiq etdiklərini bildirib.

Bölgədə sabitliyin artırılması üçün əllərindən gələni etməyə fokuslandıqlarını ifadə edən Yellen deyib ki, Qəzzaya yardım axınını təmin etməyə çalışır, eyni zamanda ekstremist israilli məskunlaşanlara qarşı sanksiyalar tətbiq edir və Fələstin bankları üçün həyati əhəmiyyət kəsb edən bank əlaqələrini davam etdirmək üçün İsrailə təzyiq göstərirlər.

Yellen qeyd edib ki, onlar İsrail Nazirlər Kabinetindən İordan çayının qərb sahilində iqtisadi sabitliyi dəstəkləmək üçün regiondakı bankların müxbir bank əlaqələrini davam etdirmələri üçün istisnaları ayın sonuna qədər uzatmasını gözləyirlər.

E. KAMAL
Seçilən
9
3
reyting.az

5Mənbələr