AZ

Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 33 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 32 milyon 300 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 154 milyon 775 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 11 milyon 900 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 17 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir

Seçilən
7
18
turkic.world

10Mənbələr