AZ

2 NƏFƏRİN CAN VERDİYİ TUNEL: onu kim tikib? - “Körpü Bina Tikinti”, Cavid Qurbanovun müavini və milyonlarla ölçülən layihələr... (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,  Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb.

Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib.

Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

2019-cu il, tunelin qazıntı işlərinə başlanılır

O ki qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur.

Fotoda Xəlil Göyüşov

Seçilən
14
6
mia.az

10Mənbələr