AZ

Prokurorluq Göyçaydakı qətllə bağlı məlumat yaydı

Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Göyçay rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Seçilən
27
4
modern.az

5Mənbələr