AZ

Faciəyə səbəb olan tuneli o tikibmiş

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub. Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

 

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

 

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Tarix: 22 Oktyabr 2024, 23:34   
Seçilən
9
39
pravda.az

10Mənbələr