AZ

Ərdoğan Dövlət Bağçalının Öcalanla bağlı təklifinə münasibət bildirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla bağlı çağırışına münasibət bildirib.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verib.
Türkiyə prezidenti bildirib ki, Cümhur İttifaqı tərəfindən irəli sürülən təklif tarixi fürsətdir.
"Siyasi qurumlar, Türkiyə Böyük Millət Məclisi, vətəndaş cəmiyyəti, mətbuat və bütövlükdə millət olaraq terror və zorakılığın olmadığı bir Türkiyə qurmaq istəyirik" , - deyə Türkiyə lideri vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bu gün diqqətçəkən açıqlama ilə yadda qalıb.
Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri "Onun təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir" cümləsini səsləndirib.
D. Bağçalı çıxışında onu da söyləyib ki, A. Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılmalı və silahı yerə qoyduğunu bəyan etməli, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini elan etməlidir.
Seçilən
30
oxu.az

1Mənbələr