AZ

Ukraynanın baş prokuroru istefa verib

Ukraynanın baş prokuroru Andrey Kostin dövlət orqanları, xüsusilə prokurorluq əməkdaşlarına saxta şəkildə əlillik verilməsi ilə bağlı qəbul edilmiş qərarlar səbəbilə istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Teleqram kanalında məlumat paylaşılıb.

Kostin vurğulayıb ki, Ukraynada saxta əlillik təyinatları ilə bağlı vəziyyətə görə bütün səviyyələrdə yoxlamalar davam edir. O qeyd edib ki, prokurorluqda da bu cür faktlar çox aşkarlanıb.

“Bu vəziyyətdə istefa verməyin doğru olduğunu düşünürəm və bu qərarı qəbul edirəm. Prezidentə və Ali Radaya mənə olan etimadları üçün minnətdaram” – deyə Andrey Kostin bildirib.

Seçilən
21
iqtisadiyyat.az

1Mənbələr