AZ

Azərbaycan və Türkiyə arasında pensiya ilə bağlı yeni sənəd...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə səfiri Cahid Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fateh Bilal Alodalı ilə görüşdə Türkiyə ilə sosial sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Bu barədə Nazirlikdən bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada, qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq nəticəsində iki ölkənin bütün sahələrdə əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyi, əlaqələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub.

Əmək və sosial müdafiə sahəsində də iki ölkə arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğu, bu istiqamətdə müqavilə-hüquq bazasının daim genişləndiyi bildirilib. Ötən dövrdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair 8 sənəd imzalandığı, pensiya təminatı sahəsində əməkdaşlığa dair yeni sənəd layihəsinin də hazırlandığı qeyd edilib.

Görüş zamanı S.Babayev əvvəllər Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri vəzifəsində çalışmiş F.B.Alodalını Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

C.Bağcı iki ölkənin yüksək səviyyədə olan münasibətlərinin sosial sahəni də əhatə etməsinin məmnunluq doğurduğunu qeyd edib. Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Seçilən
2
15
sherg.az

10Mənbələr