AZ

“Uşaq ədəbiyyatının inkişafı milli şüurun tərəqqisi baxımından zəruridir”

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elnarə Akimova uşaq ədəbiyyatı ilə bağlı  mövcud vəziyyətə diqqət çəkib. Millət vəkili kitabxanaların sayını artırmağın, uşaqları kitabxanalara cəlb etməyin, onları həm milli, həm də dünya klassiklərinin əsərləri ilə tanış etməyin vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq şairi Sabir Rüstəmxanlı bu sahədə ciddi problemlərin olduğunu təsdiqləyib:

 

“Uşaq ədəbiyyatına xüsusi qayğı doğrudan da vacibdir.  Bəyənmədiyimiz sovet dövründə Azərbaycanda ayrıca uşaq ədəbiyyatı nəşriyyatı olub. “Gənclik” nəşriyyatı olub, hansı ki, burada həm də uşaq ədəbiyyatı nümunələri nəşr olunurdu. Uşaq ədəbiyyatı dövlət tərəfindən maliyyələşdirilirdi. Uşaq ədəbiyyatı ilə bağlı elə tirajlar müəyyən edilirdi ki, bu kitablar bütün kənd məktəblərinə, rayon kitabxanalarına çatsın. Uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflərə yüksək qonarar verirdilər.

 

Bu mənada günümüzdə də uşaq ədəbiyaytının ölkənin hər yerinə, o cümlədən kəndlərə gedib çatması vacibdir. Çünki uşaq ədəbiyyatı bölgələrə çatmayanda o zaman onun yerini sosial şəbəkələrdə, telefonlarda yer alan zərərli informasiyalar, zərərli oyunlar tutur.

 

Uşaq ədəbiyyatının inkişafı milli şüurun inkişafı baxımından da zəruridir”.

 

Seymur ƏLİYEV

Seçilən
17
1
moderator.az

2Mənbələr