AZ

QHT Sabunçu rayonunda yeniyetmələr üçün intellektual inkişaf layihəsinin yekun tədbirini keçirdi

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrası tamamlanmaq üzrədir. Hal-hazırda məktəblərdə yekun tədbirlər keçirilir.

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin fəaliyyət planına uyğun olaraq, 21 oktyabr 2024-cü il tarixində “Oriqami” QHT Sabunçu rayonu Maştağa qəsəbəsi 255 №-li tam orta məktəbdə yekun tədbir keçirib. 21.10.2024-cü il, saat 10:00-da, məktəbin VII və VIII sinif şagirdlərindən ibarət 47 nəfər şagird akt zalında toplaşmışdır. Məktəbin laborantı X. Məlikova yekun tədbirin keçirilməsi üçün akt zalını hazırlamış, əlavə masa və stullar qoyulmuş, zalda təmizlik yaradılmışdır. Masaların üstünə şahmat və domino dəstləri qoyulub.

"Cebheinfo.az" təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətini artırmaq üçün roll-up gətirmiş, 20 dəst loqolu papaq, loqolu qısaqol köynək, 20 ədəd iştirakçı sertifikatı, vimpel, 12 dəst şahmat, 11 dəst domino və 5 dəst digər ölçüdə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri - interaktiv “Çarpaz qollar” və “Böyük Domino” oyun və əyləncə dəstləri gətirib.

Yekun tədbiri giriş sözü ilə layihə rəhbəri N. Nəcəfov açdı. O, layihə və onun məqsədi barədə məktəblilərə məlumat verdi və bu layihənin məktəblilərin davamlı və dayanıqlı inkişafında əhəmiyyətli rol oynayacağına inamını bildirdi. Şagirdlərin intellektual səviyyələrini artırmağa kömək edəcəyini vurğuladı. Sonra yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına uyğun olaraq şahmat oyununa, böyük domino oyununa, qruplara bölünüb komanda domino yarışına qatıldılar. Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və böyük həvəslə yarışmağa başladılar.

255 №-li tam orta məktəbin 47 şagirdinə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin yekun tədbirində hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında məktəbin direktoru M. Məmmədova, TTDM Z. İsmayılova, UBTR X. İsgəndərova, fənn tərbiyəçisi S. Zeynalova və X. Məlikova iştirak etdilər. Yekun tədbirin sonunda layihə rəhbəri N. Nəcəfov pedaqoji heyətə təşəkkürünü bildirdi və məktəblilərə təhsildə uğurlar arzuladı.

"Cebheinfo.az"

Seçilən
8
12
cebheinfo.az

10Mənbələr