AZ

Gürcüstan azərbaycanlılarından ibarət üçüncü qrup Şuşa və Ağdamda olub (FOTO)

Şuşa. Trend:

Gürcüstan azərbaycanlılarının üçüncü qrupu işğaldan azad olunanərazilərə səfər çərçivəsində Şuşa və Ağdamda olublar.

Trend-inbölgə müxbiri xəbər verir ki, üçüncü qrupun səfəri ötən günXankəndi şəhərindən start alıb.

Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərindəgəzinti təşkil edilib. Şuşa şəhər mərkəzi meydanında Azərbaycanıntanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəyliningüllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onunişğal dövründəki vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixibinalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşaişğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuqişlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı,Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyətabidələrinin bərpasının da diqqətdə saxlanıldığı bildirilib.Qonaqlar, həmçinin, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olanərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağıilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılanəsrarəngiz mənzərəni seyr ediblər.

Daha sonra qonaqlar günün ikinci yarısında Ağdam rayonundaolublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olanqonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilənməscid də 30 illik erməni işğalı ərəfəsində digər tarixi-diniabidələr kimi erməni vandalizminə məruz qalıb və erməni vandallarıAğdam Cümə məscidində mal-qara saxlayıblar. Məhz Ağdam şəhəriişğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindənbərpa olunub.

Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərinyerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumatverilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağbölgəsinin, eləcə də, respublikanın ən böyük, inkişaf etmişşəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksanedilərək xarabalığa çevrilib. Məhz işğaldan azad edildikdən sonraAğdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırdaşəhər mərkəzi ilə yanaşı ətraf bir neçə kənddə də tikinti işlərininaparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qaydışının təminolunacağı bildirilib.

Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların üç qrupolmaqla, altı günlük nəzərdə tutulan səfəri bununla dayekunlaşıb.

Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan
Seçilən
27
15
az.trend.az

10Mənbələr