Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bu yana 581 uşaq ölüb.
“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Baş Prokurorluğunun açıqlamasında belə deyilir.
Ümumilikdə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 2230-dan artıq uşaq zərər çəkib.
Uşaqlar arasında ən çox qurbanlar: Donetsk vilayəti - 595, Xarkov - 453, Dnepropetrovsk - 178, Xerson - 180, Kiyev - 133 nəfər, Zaporojye - 145.