AZ

Cənubi Koreya Ukraynaya silah və mütəxəssislər göndərəcək – Seuldan KXDR-Rusiya işbirliyinə cavab

Cənubi Koreya Rusiya və Şimalı Koreya (KXDR) arasında dərinləşən hərbi əməkdaşlıq səbəbindən Ukraynaya silah və mütəxəssislər göndərə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Moskva və Pxenyan arasında hərbi tərəfdaşlıq davam edərsə, Seul tədricən tədbirlər görəcək. Mümkün ssenarilərə müdafiə və hücum üçün silahların Kiyevə ötürülməsi daxildir”, - Pprezident ofisinin rəsmisi agentliyə bildirib.

Cənubi Koreya hökumətindəki mənbə qeyd edib ki, Şimali Koreya qoşunlarının monitorinqi üçün Ukraynaya hərbi ekspertlərin göndərilməsi də nəzərdən keçirilir. Mütəxəssislər Şimali Koreya qoşunlarının hərbi taktikasını təhlil edəcək və əsir götürülən koreyalıların dindirilməsində iştirak edəcəklər.

Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı məlumat vermişdi ki, Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün təxminən 12 min əsgər göndərməyi planlaşdırır. Kəşfiyyat xidmətinin iddiasına görə, qoşunların bir hissəsi artıq Uzaq Şərqə gəlib.

Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik Şurası Şimali Koreya qoşunlarının Ukraynaya hücumda iştirakını beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli təhlükə və BMT Təhlükəsizlik Şurasının KXDR ilə hərbi əməkdaşlığa qoyduğu qadağanın kobud şəkildə pozulması adlandırıb.

Oktyabrın 21-də Şimali Koreya ilk dəfə olaraq hərbi personalın göndərilməsi ilə bağlı məlumatı rəsmi şəkildə şərh edib. KXDR-in BMT-dəki nümayəndəsi bunu “KXDR-in imicini ləkələmək” və iki dövlət arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyan “əsassız şayiələr” adlandırıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KXDR hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı xəbəri Cənubi Koreya və ABŞ-nin propoqandası adlandırıb. Rusiyanın Seuldakı səfiri Cənubi Koreya Xarici İşlər Nazirliyi ilə görüşdə bildirib ki, Moskva ilə Pxenyan arasında tərəfdaşlıq beynəlxalq hüquq çərçivəsindədir və Seula qarşı yönəlməyib.

“AzPolitika.info”

Seçilən
17
azpolitika.info

1Mənbələr