İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb. Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.
Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib. Hökumət başçısı əlavə edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.
Zərintac MayisqızıMissiya.Az