AZ

Simonyan müharibədən danışdı: “Heç kim bunu...”

“Heç bir müharibənin qanuni əsası ola bilməz. Müharibənin özü qanunsuzdur”.

"Cebheinfo.az" xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.

Spiker “Ermənistan” blokundan olan deputat Qeqam Manukyanın bəyanatı ilə bağlı Milli Məclis sədrinin müsahibəsində Azərbaycanın Qarabağa hücum etmək üçün hüquqi əsasları olduğunu və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin buna əsas yaratdığına dair fikirlərinə belə münasibət bildirib.

“İkinci Dünya müharibəsindən sonra heç bir müharibə qanuni ola bilməz. Bu absurddur, bunu heç kim deyə bilməz, heç kim bunu qanuniləşdirə bilməz. Hətta Rusiya-Ukrayna müharibəsini “xüsusi hərbi əməliyyat” adlandırırlar. Demək istəyirəm ki, Azərbaycan öz ərazisində beynəlxalq səviyyədə tanınmış prinsiplər əsasında fəaliyyət göstərib.

“Mən bunları dedim: əgər bu, onun qanuni, beynəlxalq səviyyədə tanınmış ərazisində baş verirsə, Ermənistana qarşı təcavüz legitim ola bilməz”, - deyə Simonyan qeyd edib.

Seçilən
19
cebheinfo.az

1Mənbələr