AZ

Ceyhun hər oyun qələbə istəyir: “Zirə” həmin “Zirə”dir”

“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 10-cu turunda “Sabah”la matçda doğma meydanda xal itirdiniz. 1:1 hesablı heç-heçənin reallaşdığı matç haqqında düşüncələriniz necədir?

– Oyuna pis başladıq. İlk hissənin sonlarına doğru toparlana bildik. Ancaq potensialımızdan aşağı futbol sərgilədik. Səhvlərimizin üstündə işləməli, bir daha bunları təkrarlamamalıyıq.

– Son dəqiqədə qol vurduz. Matçda qalib gələ bilərdiniz, yoxsa bir xal da yaxşı nəticədir?

– Oyunun gedişatına baxsaq, bir xal yaxşıdır. Qələbə üçün meydana çıxmışdıq, ancaq çox çətin oyun keçdi. Qol epizodlarımız az idi.

– Bir oyun az keçirsəniz də, 4-cü pillədəsiniz. Amma mövsümə sanki daha yaxşı başlamışdız. “Zirə” daha yuxarı pillələrə qalxmaq üçün nə etməlidir?

– Son iki oyunda qol vurmaqda çətinlik çəkirik. “Zirə” həmin “Zirə”dir. Sadəcə, həlledici epizodlarda diqqətli və dəqiq olmalıyıq.

– Çempionatda ikinci dövrə başlayıb. Bu dövrədə gözləntiləriniz nədir? Qış fasiləsinə hansı pillədə yollana bilərsiz, ya bununla bağlı hansısa hədəf varmı?

– İndi konkret hansısa hədəf yoxdur. Çıxdımız matçlarda bacardığımız qədər çox xal toplamaq istəyirik. Əlbəttə, qazandığımız xallarla ön pillələrdə olmaq niyyətindəyik.

– Növbəti matçda “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Hansı ki, onlar da mövsümə yaxşı başlayıblar. Qələbə qazana biləcəksiz?

– “Araz-Naxçıvan”ın gücünün fərqindəyik. Ağır matç olacaq. Hədəfimiz isə bu görüşdən 3 xal əldə etməkdir.

FƏRİD

Seçilən
23
futbolinfo.az

1Mənbələr